Ana Sayfa > M / Karusel / Gündəm > İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı


26-10-2017, 18:26. Yazar: Xeberaz
İlham Əliyev büdcədən 15 milyon manat ayırdı
Prezident İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” prezidentin 2016-cı il 27 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Geri dön