Ana Sayfa > M / Filmlər / Gündəm > Fazil Məmmədov federasiyanın I vitse-prezidentini işdən çıxardı– onu əvəzləyən şəxs bəlli oldu

Fazil Məmmədov federasiyanın I vitse-prezidentini işdən çıxardı– onu əvəzləyən şəxs bəlli oldu


24-10-2017, 13:54. Yazar: Xeberaz


Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.
 
Bu vəzifənin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.
 
Qeyd edək ki, S.Ələkbərov həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidentidir.
Geri dön