Ana Sayfa > M / Karusel / Gündəm > Prezident İlham Əliyev Türkiyəyə gedib

Prezident İlham Əliyev Türkiyəyə gedib


19-10-2017, 22:20. Yazar: Xeberaz
Oktyabrın 19-da prezident İlham Əliyev Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gedib.İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
 
Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.
 
Azərbaycan Prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.






Geri dön