Ana Sayfa > M / Karusel / Siyasət > ABŞ İlham Əliyevin əfv sərəncamını alqışladı

ABŞ İlham Əliyevin əfv sərəncamını alqışladı


20-03-2015, 12:51. Yazar: Xeberaz
ABŞ İlham Əliyevin əfv sərəncamını alqışladı
ABŞ Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamına reaksiya verib.

Xeberaz.az Departamentin saytına istinadən xəbər verir ki, ABŞ dövlət departamentinin sözçüsü Cen Psaki dövlət başçısının 4 qeyri-hökumət təşkilatı üzvünü əfv etməsini alqışlayıb.

Psaki bildirib ki, ABŞ martın 18-i Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təmsilçisi Bəşir Süleymanlı və daha üç nəfər qeyri hökumət təşkilatı üzvünün əfv və azad edilməsini dəstəkləyir. Amerikalı sözçü, həmçinin Azərbaycan hökumətini yaxın aylarda da bu cür müsbət addımlar atmağa çağırıb.

Xatırladaq ki, prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncamla 101 nəfər azadlığa buraxılmışdı.
Geri dön