Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt / Həftə-Reytinq > Azərbaycanda səfərdə olan Istanbul Türkiyə -Azərbaycan Dayanışma və Kültür dərnəyinin kollektivi Aşıq Şəmşir müzeyində olublar.

Azərbaycanda səfərdə olan Istanbul Türkiyə -Azərbaycan Dayanışma və Kültür dərnəyinin kollektivi Aşıq Şəmşir müzeyində olublar.


27-09-2017, 10:58. Yazar: Xeberaz





Azərbaycanda səfərdə olan Istanbul Türkiyə -Azərbaycan Dayanışmavə Kültür dərnəyinin kollektivi Göygöl rayonunda yerləşən Azərbaycanaşıq şerinin görkəmli ustadı Aşıq Şəmşirin büstünü və Bakı şəhərində fəaliyyət göstərən müzeyini ziyarət ediblər.
"Xəbəraz.az" xəbər verir ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin sədr müavini Həbib Misirov qonaqlara Dədə Şəmşirin zəngin irsi və yaradıçılığı haqqında məlumat verdi. Həmçinin dövlətimiz təəfindən mədəniyyətimizə o çümlədən aşıq sənətinə göstərilən  diqqət və qayğıdan danışdı.
Istanbul Türkiyə -Azərbaycan Dayanışma və Kültür dərnəyinin sədri Səfər Karakoyunlu Azərbaycanda olduqlarının sevinçini yaşadıqlarını iki qardaş dövlətin ortaq mədəniyyətə malik olduqlarını vurğuladı. Türkiyədə Aşıq Şəmş irsinin öyrənilməsi və təbliği ilə bağlı lazımı işlərin görüləçəyini bildirdi. Qonaqlara hədiyələr və Aşıq Şəmşirin Türkiyədə çap olunmuş kitabı və saz havalarından ibarət diski hədiyyə edildi.



Geri dön