Ana Sayfa > M / Karusel / Siyasət > Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı


25-09-2017, 09:57. Yazar: Xeberaz


ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb.
 
Bu barədə “The Wall Street Journal” məlumat verib.
 
Fərmanla KXDR, Venesuela və Çad vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulub. Sudanın adı yeni siyahıdan çıxarılıb. Yeni fərmanda adıçəkilən üç ölkə ilə yanaşı İran, Liviya, Somali, Suriya və Yəmən  yer alır.
 
Oktyabrın 18-dən etibarən qüvvəyə minən fərmanın müddətsiz olduğu bildirilir.





Geri dön