Ana Sayfa > M / Karusel / Gündəm > Aqil Acalov: “15 sentyabrda “Böyük Ermənistan” ideologiyası iflasa uğradı”

Aqil Acalov: “15 sentyabrda “Böyük Ermənistan” ideologiyası iflasa uğradı”


15-09-2017, 16:04. Yazar: Xeberaz


“15 sentyabrda “Böyük Ermənistan” ideologiyası iflasa uğradı”
Xəbəraz.Az xəbər verir ki,bu sözləri Azərbaycan Alpaqut Federasiyasının prezidenti,iqtisadiyyat üzrə fəlsəfə doktoru,tanınmış ictimai fəal Aqil Acalov 15 sentyabrla bağlı fikirlərini bölüşüb. “Azərbaycanın ən çətin zamanında Qafqaz İslam Ordusunun Azərbaycana köməyə gəlməsi, yerli özünü müdafiə dəstələri ilə birgə hərəkət etməsi erməni-rus-ingilislərin ortaq planlarını alt-üst etdi. Ən əsası qondarma “Böyük Ermənistan” ideologiyası iflasa uğradı. Qafqaz islam Ordusu tərəfindən Şaumyan və onun quldur,qaniçən dəstəsi layiqli cavablarını aldılar. Onların arzuları puç oldu.” A.Acalov 15 sentyabrın Azərbaycan və Türkiyə qardaşlığının əsas ana təməlini təşkil etdiyini diqqətə çəkdi: “Bu hadisənin üzərindən yüz illər keçsə belə, gələcək nəsillər Qafqaz İslam Ordusunun komandanı Nuru paşanı və onun qəhrəman siladaşlarının xidmətlərini unutmayacaq və şəhidlərimizi hörmətlə anacaqlar”,-deyə A.Acalov əlavə edib.
Geri dön