Ana Sayfa > M / Karusel / Siyasət / M2 > Sabah Vyanada İranın nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə ediləcək

Sabah Vyanada İranın nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə ediləcək


29-06-2015, 22:43. Yazar: Xeberaz

Sabah Vyanada İranın nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə ediləcək
İranın nüvə proqramı ilə bağlı danışıqlar təyin edildiyi kimi iyunun 30-da keçiriləcək və tərəflər danışıqların başa çatdırılması üçün yeni vaxt müəyyən etməmək qərarına gəliblər.

Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu haqda Nyu-Yorkda jurnalistlərə Fransanın xarici işlər naziri Laurent Fabius bildirib.

O qeyd edib ki, danışıqlar üçün Vyanaya qayıdacaq.

Fabiusun sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş əldə olunub, amma bu hələ ki, prosesin sonu deyil.

O bildirib ki, sanksiyaların ləğvi ilə bağlı İranın konkret şərtləri var.

Həmçinin danışıqlarda iştirak edən Avropa ölkələri bəzi məsələlərin dəqiqləşdirilməsini istəyirlər.

ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və İran rəsmiləri iyunun 30-da Vyanada İranın nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə etməlidirlər.

Tərəflər iyunun 30-dək İranın nüvə proqramı ilə bağlı yekun razılaşma əldə etməlidirlər.

Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların ləğvindən gedir.
Geri dön