Ana Sayfa > M / Filmlər / Gündəm > Mehman Əliyev həbsdən buraxıldı

Mehman Əliyev həbsdən buraxıldı


11-09-2017, 13:53. Yazar: Xeberaz

Mehman Əliyev həbsdən buraxıldı.O, azadlığa çıxması ilə bağlı xidməti olan şəxslərə təşəkkür edib. M.Əliyev eyni zamanda qeyd edib ki, prezidentə müraciətində barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. O, eyni xahişlə Yasamal rayon məhkəməsinin sədrinə də müraciət etdiyini bildirib.  
 
"Bu gün həmin müraciətlərim nəzərə alınaraq, barəmdə seçilmiş qətimkan tədbiri dəyişdirilib" deyə M.Əliyev qeyd edib. 
 
Mehman Əliyevin vəkili Fuad Ağayev  bildirib ki, Yasamal rayon Məhkəməsinin qərarı ilə müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilib və barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. 
 
Qeyd edək ki, Mehman Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.
Geri dön