Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycan Myanma müsəlmanlarına humanitar yardım göndərir

Azərbaycan Myanma müsəlmanlarına humanitar yardım göndərir


8-09-2017, 15:35. Yazar: Xeberaz


Prezident  İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən humanitar yardım göndərilir.
 
Humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.
 
Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.
Geri dön