Ana Sayfa > M / Karusel / Siyasət > Putin müsəlman qətliamına qarşı çıxdı

Putin müsəlman qətliamına qarşı çıxdı


5-09-2017, 11:27. Yazar: Xeberaz


Rusiya Prezidenti Vladimir Putin Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşü zamanı Myanmadakı faciəli hadisələri qınayaraq, hakimiyyəti vəziyyətə nəzarəti əlinə almağa çağırıb.
Görüşün yekunları barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Misir Prezidenti Əbdülfəttah Sisi Myanmada baş verən hadisələrdən narahat olduqlarını dilə gətirərək, kimin etməsindən, kimə qarşı edilməsindən, o cümlədən məhz müsəlmanlara qarşı törədilməsindən asılı olmayaraq, bütün zorakılıq aktlarını qınayıblar”, - Peskov bildirib.
Qeyd edək ki, Myanmanın Arakan ştatında müsəlmanlara qarşı soyqırım həyata keçirilir.


Geri dön