Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt > Zakir Həsənov ön xətdə - FOTOLAR

Zakir Həsənov ön xətdə - FOTOLAR


2-09-2017, 16:23. Yazar: Xeberaz
Zakir Həsənov ön xətdə hərbi qulluqçularla görüşüb
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən sentyabrın 1-də cəbhəboyu zonada yerləşən hərbi birliyə səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qurumun rəhbərliyi düşmənlə bilavasitə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuları Qurban bayramı münasibətilə təbrik edib.
 Əməliyyat şəraiti barədə məruzələri dinləyən müdafiə naziri bölmələrin döyüş hazırlığı səviyyəsini və döyüş növbətçiliyinin təşkilini yoxlayıb, qarşıda duran vəzifələri dəqiqləşdirib.
 Sonra ön xətdə qurbanlar kəsilib, hərbi qulluqçulara bayram sovqatları verilib, xidmətdə fərqlənənlər qiymətli hədiyyələrlə mükafatlandırılıb və çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparılıb.











Geri dön