Ana Sayfa > M / Karusel / Gündəm > "Erməni xüsusi xidmət orqanları uydurma yayır" - Müdafiə Nazirliyi

"Erməni xüsusi xidmət orqanları uydurma yayır" - Müdafiə Nazirliyi


2-09-2017, 11:41. Yazar: Xeberaz

"Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər".
 
Bununla bağlı apa-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, qurum Ermənistan mətbuatında yayılmış növbəti uydurmadan xəbərdardır: "Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər".


Geri dön