Ana Sayfa > M / Karusel / Siyasət > Ərdoğan: "Kəşfiyyatın idarəsi hökumətin əlində olmalıdır"

Ərdoğan: "Kəşfiyyatın idarəsi hökumətin əlində olmalıdır"


29-08-2017, 11:23. Yazar: Xeberaz

Kəşfiyyatın idarə edilməsi hökumətin əlində olmalıdır.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı qeyd edib ki, əgər hökumət ölkənin kəşfiyyat qüvvələrini idarə etməsə, bu, ciddi problemlərə gətirib çıxaracaq:
"Dünyanın bütün böyük ölkələrində kəşfiyyatın idarəsi hökumətlərin əlindədir".
Qeyd edək ki, avqustun 25-də Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilmiş qərara dəyişikliklərə əsasən, Türkiyə Kəşfiyyat Xidməti Prezident Administrasiyasına tabe olacaq.



Geri dön