Ana Sayfa > M / Karusel / Siyasət / M2 > Putinlə Berluskoni görüşüblər

Putinlə Berluskoni görüşüblər


29-06-2015, 18:02. Yazar: Xeberaz
Putinlə Berluskoni görüşüblər
Putinin mətbuat katibi Dmitri Peskov görüşü təsdiqləsə də, təfərrüatlar haqqında danışmayıb.
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Rusiyaya qeyri-rəsmi səfər edib. Xeberaz.az ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu haqda xəbəri təsdiqləyib. O, Berluskoninin "Qazprom Neft"in Altaydakı obyekti olan qonaq evində qaldığını deyib.

"Berluskoni, doğrudan da, Rusiyada qeyri-rəsmi səfərdədir. Vladimir Putin və Silvio Berluskoni Altayda görüşüblər. Amma mən görüşün təfərrüatlarını açıqlaya bilmərəm", - deyə Peskov əlavə edib. Putinin mətbuat katibi hələlik prezidentin yay məzuniyyətinə getməyəcəyini də bildirib.

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ölkənin ən tanınmış və qalmaqallı siyasətçilərindən biridir. O, 3 dəfə ölkənin baş naziri olub. Berluskoni həm də "Milan" futbol klubunun sahibidir və "Forbes" jurnalının araşdırmalarına görə dünyanın ən zəngin insanlarından biridir.
Geri dön