Ana Sayfa > M / Karusel / Hadisə / Araşdırma > İcra başçısının birinci müavininin oğlu qəza törədib –Atası təsdiqlədi

İcra başçısının birinci müavininin oğlu qəza törədib –Atası təsdiqlədi


28-08-2017, 16:58. Yazar: Xeberaz



Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlunun avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törətməsi ilə bağlı məlumat yayılıb.
Faktinfo.az xəbər verir ki, Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq, hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib. 
Baş verən hadisədən sonra Elmir İbadovun polis tərəfindən saxlanıldığı da vurğulanır.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov isə bu gün oğlu Elmir İbadovun ağır yol qəzası törətməsiylə bağlı yayılan məlumatlara münasibət bildirib.
O, A24.az–a açıqlamasında deyib ki, yaşlı qadının ölümü oğlunun qəza törətməsi ilə bağlı deyil: “Hadisə avqust ayında baş verib. Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu, tamamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər cəzası varsa, çəkəcək. Əks halda, sərbəst buraxılacaq.”



Geri dön