Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Xəbəraz TV / Reportaj > Birinci Avropa Oyunlarının bağlanış mərasimi başladı - CANLI

Birinci Avropa Oyunlarının bağlanış mərasimi başladı - CANLI


28-06-2015, 22:50. Yazar: Xeberaz
Birinci Avropa Oyunlarının bağlanış mərasimi başladı - CANLI

Mərasiminin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmovadır

Bakı Olimpiya Stadionunda “Bakı 2015”: I Avropa Oyunlarının bağlanış mərasiminin şou hissəsi başa çatıb.

Xeberaz.az xəbər verir ki, APA-nın məlumatına görə, açılış mərasiminin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmova olublar.

Aparıcılar tamaşaçıları salamlayıblar. M. Dadaşov bu bağlanış mərasiminin dünyanın ən böyük şouları sırasına daxil olacağını vurğulayıb. Sonra səhnədə rəqs qrupu səhnədə “Yallı” rəqsini ifa edib.

Mahnı sədaları altında yeniyetmə idmançılar öz məharətlərini göstəriblər, rəqslər ifa olunub.

Müğənni Tünzalə Ağayeva səhnədə yer alıb, sonra M. Dadaşovun təklifi ilə stadionda “Meksika dalğası” yaşanıb.

Bununla da mərasimin şou-hissəsi başa çatıb.

**
Bakı Olimpiya Stadionunda Bakı-2015 I Avropa Oyunlarının bağlanış mərasiminin şou hissəsi başlayıb.

APA-nın məlumatına görə, bağlanış mərasiminin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmovadır.

M. Dadaşov mərasimin dünyanın ən böyük şouları sırasına daxil olacağını vurğulayıb.

Sonra rəqs qrupu səhnədə “Yallı” rəqsini ifa edib.


Geri dön