Ana Sayfa > M / Karusel / İdman > Haydı, "Qarabağ", artıq vaxtdı! - BAKIDA TARİXİ OYUN
Haydı, "Qarabağ", artıq vaxtdı! - BAKIDA TARİXİ OYUN15-08-2017, 19:59. Yazar: Xeberaz |
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunacaq. Ardıcıl 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək uğrunda mübarizədə “Kopenhagen”lə görüşəcək. Danimarka təmsilçisi ilə ilk matç Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü italiyalı hakimlər briqadası idarə edəcək. Matç Çempionlar Liqasının himninin səslənməsi ilə başlayacaq. Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq. Çempionlar Liqası Pley-off mərhələsi İlk oyun 15 avqust 20:00. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) Baş hakim: Paolo Taqliavento Baş hakimin köməkçiləri: Alessandro Qiallatini, Alessandro Kostanza Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya) Hakim-inspektor: Frits Stuçlik (Avstriya) UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu Geri dön |