Ana Sayfa > M / Karusel / Siyasət / Dünya > İrandan ABŞ-a nüvə XƏBƏRDARLIĞI: “Razılaşmanı pozacağıq”

İrandan ABŞ-a nüvə XƏBƏRDARLIĞI: “Razılaşmanı pozacağıq”


15-08-2017, 11:44. Yazar: Xeberaz

İran prezidenti Həsən Ruhani ölkəsinin ABŞ-la imzalanan nüvə razılaşmasından çıxa biləcəyini açıqlayıb.
 
Ruhani bu addımı ABŞ-ın yeni sanksiya tətbiq edəcəyi halda atacağını deyib.
 
“Bundan əvvəlki administrasiyanın uğursuz sanskiya təcrübəsi onları danışıqlar masasına gətirmişdi. Donald Tramp yaxşı tərəfdaş deyil və son aylarda baş verən hadisələr Vaşinqtonun öz müttəfiqinə üz çevirdiyini göstərir”.
 
İran və “altılıq” ölkələri arasında 2015-ci il iyulun 14-də nüvə proqramının nizamlanması ilə bağlı saziş imzalanmışdı.
Geri dön