Ana Sayfa > M / Karusel / Gündəm > Nazirlik: “Prezidentin fərman və sərəncamları şərh edilmir, icra edilir”

Nazirlik: “Prezidentin fərman və sərəncamları şərh edilmir, icra edilir”


11-08-2017, 14:44. Yazar: Xeberaz


Xəbər verildiyi kimi ölkə başçısı İlham Əliyev “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” prezidentin sərəncamının icrası ilə əlaqədar bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  bildirilib ki, dövlət  başçısının fərman və sərəcamları şərh edilmir, icra edilir.
 
“Bu fərman isə Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsini nəzərdə tutur. Əsas dəyişiklik də “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilməsi və “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözünün əlavə edilməsi və s. kimidir”.

Geri dön