Ana Sayfa > M / Karusel / Gündəm > Lütfi Zadənin vəsiyyəti: Məni Azərbaycanda dəfn edin
Lütfi Zadənin vəsiyyəti: Məni Azərbaycanda dəfn edin10-08-2017, 19:45. Yazar: Xeberaz |
ABŞ-da yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barədə bəzi KİV-lərdə məlumatlar yayılmışdı. Dünya şöhrətli alimin yeganə övladı Norman Zadə AzVision.az-a eksklüziv açıqlama verərək atasının vəziyyətinin ağır olduğunu deyib. “Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq”. Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: “Bizdən xahiş edib ki, onu Azərbaycanda dəfn edək”. Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib. O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, ABŞ-dakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. Geri dön |