Ana Sayfa > M / Karusel / Gündəm / İdman > Maurinyo Zidana qarşı - Bu gün qitənin ən güclüsü müəyyənləşəcək

Maurinyo Zidana qarşı - Bu gün qitənin ən güclüsü müəyyənləşəcək


8-08-2017, 09:58. Yazar: Xeberaz

Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək.
Xəbəraz.Az report-a istinadən xəbər verir ki, ötən mövsüm Çempionlar Liqasının qalibi olan İspaniya təmsilçisi "Real Madrid"lə Avropa Liqasında uğur qazanan İngiltərənin "Mançester Yunayted" komandası Makedoniyada üz-üzə gələcəklər.
Paytaxt Skopyedə baş tutacaq matçı italiyalı hakim Canluka Rokki idarə edəcək.
Qeyd edək ki, "Real Madrid" bunadək 3 dəfə (2002, 2014, 2016) UEFA Superkubokunu qazanıb, 2 dəfə (1998, 2000) isə həlledici qarşılaşmada uduzub. İkinci dəfə kubok muzeyinə aparmaq üçün meydana çıxacaq "Mançester Yunayted" isə buna 26 il əvvəl nail olub (1991, 1999, 2008).
UEFA Superkuboku
8 avqust
22:45. "Real Madrid" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Canluka Rokki
Baş hakimin köməkçiləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə hakim köməkçiləri: David Massa, Massimiliano İrrati
Ehtiyat hakim: Rikkardo Di Fiore (hamısı İtaliya)
Dördüncü hakim: Klement Turpin (Fransa)
UEFA nümayəndəsi: Marko Kasaqrande (Finlandiya)
Makedoniya, Skopye. II Filip stadionu
Geri dön