Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi - Ölənlər var

Baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi - Ölənlər var


4-08-2017, 00:20. Yazar: Xeberaz
Baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi
Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
Xəbəraz.Az” xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, “Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən idarəetməni itirib və “VAZ 21015” markalı avtomobilə arxadan  çırpılıb.
 
Daha sonra “Mercedes Gelandewagen”  yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb. Qəza nəticəsində  “Mercedes Gelandewagen”in sürücüsü də daxil olmaqla, iki nəfər ölüb.
Qəza zamanı piyadanın da vurulduğu bildirilir.
Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.
Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. 
***
APA-nın xəbərinə görə, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü və bir piyada ölüb, bir nəfər isə yaralanıb.
“Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.
 
Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.
***
Virtualaz.org-un məlumatına görə, bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində qəzaya uğrayan “Mercedes Galendevagen” baş nazirin müavini Əli Həsənova məxsusdur.
Sözügedən “Mercedes Galendewagen” avtomobili “10 PP 203” dövlət nömrə nişanlı olub və həmin vaxt baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev də maşında olub. O, qəza nəticəsində ağır bədən xəsarətləri alıb. Hadisə baş verən kimi Həsənovun nəvəsi maşından təcili çıxarılaraq aparılıb. 







Geri dön