Ana Sayfa > M / Karusel / Siyasət > Bu, onlar üçün qürur mənbəyi olacaq - Putin

Bu, onlar üçün qürur mənbəyi olacaq - Putin


30-07-2017, 15:36. Yazar: Xeberaz
Rusiya donanması terror və dəniz quldurluğuna qarşı mübarizəyə böyük töhfə verib.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin bu gün qeyd olunan Rusiya Donanması Günü ilə bağlı keçirilən mərasimdə deyib.
Sankt-Peterburqda ilk dəfə keçirilən paradda iştirak edən Vladimir Putin Müdafiə naziri Sergey Şoyqu ilə dənizdə rəsmi keçid üçün üzən gəmiləri gəzərək ekipaj üzvlərini salamlayıb.
"Bu gün donanmamız ənənəvi vəzifəsindən əlavə, yeni problemlərə qarşı uğurla mübarizə aparır, terror və dəniz quldurluğuna qarşı mübarizəyə böyük töhfə verir. Müasir donanmanın dənizçiləri uşaqları və nəvələri üçün qürur mənbəyi olacaq",- Putin söyləyib.


Geri dön