Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycan ilə Yaponiya arasında birbaşa aviareys açılır

Azərbaycan ilə Yaponiya arasında birbaşa aviareys açılır


28-07-2017, 11:47. Yazar: Xeberaz


Bakıda Azərbaycan ilə Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib.

İlk dəfə aparılan danışıqların gedişində tərəflər Azərbaycan ilə Yaponiya arasında müntəzəm reyslərin açılması məsələsini müzakirə ediblər. Nümayəndə heyətləri təyin olunmuş aviaşirkətlərə birbaşa sərnişin və yük reyslərini yerinə yetirmək, həmçinin kodlardan birgə istifadə haqqında müqavilələr bağlamaq hüququnun verilməsi barədə razılıq əldə ediblər.
Dostluq şəraitində keçən görüşdə Azərbaycan və Yaponiya aviaşirkətlərinin nümayəndələri də iştirak ediblər.
Geri dön