Ana Sayfa > M / Karusel / Siyasət / M2 / Fotogalereya > Prezident Bakıda qəbul keçirdi

Prezident Bakıda qəbul keçirdi


27-06-2015, 16:34. Yazar: Xeberaz
Prezident Bakıda qəbul keçirdi
Azərbaycanla Sosialist İnternasionalı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də Sosialist İnternasionalın baş katibi Luis Ayalanı qəbul edib.

Xeberaz.az ANS PRESS-dən aldığı məlumata görə, Luis Ayala ölkəmizdə Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu və yarışların dünyada maraqla izlənildiyini vurğuladı. O, Azərbaycan idmançılarının çoxlu medal qazanmalarının önəmini söylədi.

İlham Əliyev bu mötəbər idman yarışında Avropanın 50 Olimpiya komitəsinin, 6 minə yaxın idmançının və xeyli sayda qonaqlarını iştirakının əhəmiyyətini vurğuladı.

Görüşdə Birinci Avropa Oyunlarının xalqlararası əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfənin əhəmiyyəti qeyd olundu, Azərbaycanla Sosialist İnternasionalı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Geri dön