Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Xəbəraz TV > Sabah bu yollar bağlı olacaq - SİYAHI

Sabah bu yollar bağlı olacaq - SİYAHI


27-06-2015, 14:22. Yazar: Xeberaz
Sabah bu yollar bağlı olacaq - SİYAHI

Səbəb "Bakı-2015" Avropa Oyunlarının bağlanış mərasiminin keçirilməsidir


İyunun 28-də Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, "Bakı-2015" İlk Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar sabah saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək paytaxtın Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu körpüsünədək və Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində hava limanı istiqamətinə getmək istəyən sürücülər alternativ yol kimi Zığ yolundan (beton yol), cənub istiqamətindən gələnlər paytaxta daxil olmadan Xocahəsən yolu ilə Xırdalan dairəsi, oradan isə Binəqədi, Balaxanı, Zabrat və Buzovna qəsəbələrindən keçməklə Mərdəkan-aeroport yoluna, qərb və şimal istiqamətindən gələnlər də Xırdalan dairəsindən eyni marşrut üzrə rahat və fasiləsiz hərəkət edə biləcəklər.


Geri dön