Ana Sayfa > M / Karusel / İqtisadiyyat > "Yeni mənzillərin açarları dekabrda veriləcək" - Vüqar Səfərli

"Yeni mənzillərin açarları dekabrda veriləcək" - Vüqar Səfərli


21-07-2017, 11:43. Yazar: Xeberaz


Jurnalistlər üçün tikilən ikinci binadan ev alan jurnalistlərə mənzillərin açarları bu ilin dekabr ayında veriləcək.
 
Bu barədə AzTV-nin "Günün nəbzi" verilişində Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
 
Onun sözlərinə görə, binanın qeydiyyatı ilə bağlı dövlət aktı olmalıdır: "Biz birinci binanın 2013-cü ilin iyulun 22-də açılışından sonra jurnalistlərin sənədlərini hazırlayıb qeydiyyatdan keçirdik və həmin ilin dekabrın 24-də yeni il qabağı mənzillər jurnalistlərə təhvil verildi. Yəqin ki, bu məsələ ilin sonuna qədər həll olunacaq və açarlar dekabr ayında təntənəli şəkildə sahiblərinə təhvil veriləcək".





Geri dön