Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm > Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün Brüsseldə görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün Brüsseldə görüşəcəklər


11-07-2017, 12:21. Yazar: Xeberaz


Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan bu gün Belçikada görüşəcəklər.
 
Apa-nın  “armenpress”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan məlumat verib.
 
Görüş Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərin iştirakı ilə baş tutacaq.
 
Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşə biləcəkləri açıqlanmışdı.
 
Lakin Apa-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, görüşün elə əvvəlcədən iyulun 11-də Brüsseldə keçirilməsi nəzərdə tutulub.
 
Lakin Rusiya mətbuatı nədənsə görüşün Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində keçirilə biləcəyi barədə məlumat yayıb.
Geri dön