Ana Sayfa > M / Karusel / Dünya / M2 / Fotogalereya > İrəvanda kütləvi etiraz aksiyaları davam edir - FOTO

İrəvanda kütləvi etiraz aksiyaları davam edir - FOTO


26-06-2015, 15:11. Yazar: Xeberaz
İrəvanda kütləvi etiraz aksiyaları davam edir - FOTO
Etirazçılar hakimiyyətə tələblərini açıqlayıblar.

İrəvanın mərkəzində keçirilən aksiya iştirakçıları Ermənistan hakimiyyətinə üç tələb irəli sürüblər.

Xeberaz.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, etirazçılar elektrik enerjisinin bahalaşması haqqında qərarın tətbiqinin dayandırılmasını, ictimaiyyət fəalları ilə elektrik enerjisi tariflərinin aşağı salınmasına dair danışıqlara başlamağı, həmçinin iyunun 23-də etirazçı və jurnalistlərə qarşı zor tətbiq etmiş mülki geyimli polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsini tələb ediblər.

“Biz hər-hansı siyasi qüvvəyə mənsub deyilik, Biz, soyğunçuluğa yol verməyərək, həmişə xalqla olacağıq”, deyə fəallar bildirib.

Hazırda aksiyanın keçirildiyi Baqramyan prospektində vəziyyət sakitdir. Etirazçılar mahnı oxuyub rəqs edirlər.












Geri dön