Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt > Ermənilərin qətlə yetirdiyi Zəhra və nənəsi - Foto

Ermənilərin qətlə yetirdiyi Zəhra və nənəsi - Foto


5-07-2017, 11:22. Yazar: Xeberaz
Ermənilərin qətlə yetirdiyi Zəhra və nənəsi
Dünən erməni təxribatı nəticəsində qətlə yetirilmiş 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın fotoşəkilləri yayılıb.
"Xəbəraz.az" Virtualaz.org-a istinadən həmin fotonu təqdim edir:
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. 
Geri dön