Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > Əməkdar artist vəfat edib

Əməkdar artist vəfat edib


4-07-2017, 11:22. Yazar: Xeberaz


Əməkdar artist Telman Əliyev vəfat edib.
 
Bu barədə Apa-ya açıqlamasında Telman Əliyevin tələbəsi Eleanora Mehdiyeva məlumat verib.
 
Onun sözlərinə görə, T. Əliyev bu gün ürək çatışmazlığından dünyasını dəyişib.  
 
Qeyd edək ki, Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində və Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif rollarda çıxış edib.
 
“Bir aktyorun teatrı” (Araq düşkünü), "Bahar-99" (Məşədi) teletamaşalarında, "Şeytan içimizdədir" (şöbə rəisi), "Yük" (Duxançı), "Bizi dağlarda axtarın" filmlərində çəkilib.
Geri dön