Ana Sayfa > M / Karusel / Siyasət > Həmsədrlər bu gün Vyanada Minsk qrupu üzvlərini danışıqlar barədə məlumatlandıracaqlar

Həmsədrlər bu gün Vyanada Minsk qrupu üzvlərini danışıqlar barədə məlumatlandıracaqlar


3-07-2017, 11:39. Yazar: Xeberaz


ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Vyanaya səfər edəcəklər.
 
Apa-nın məlumatına görə, bu bərədə həmsədrlərin regiona səfərləri ilə bağlı iyunun 19-da yaydıqları bəyanatda göstərilib.
 
Onlar Minsk qrupu üzvlərini münaqişənin həlli istiqamətində atılan addımlar barədə məlumatlandıracaqlar.
 
Qeyd edək ki, iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. 


Geri dön