Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycan polisi peşə bayramını qeyd edir

Azərbaycan polisi peşə bayramını qeyd edir


2-07-2017, 11:10. Yazar: Xeberaz


İyulun 2-də Azərbaycan Polisi yaranmasının 99-cu ildönümünü qeyd edir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Xəbəraz.Az-a verilən məlumata görə, bu münasibətlə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları əlamətdar tarix ərəfəsində-iyunun 30-da Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.
Geri dön