Ana Sayfa > M / Karusel / İdman / M2 / Foto-fakt > Teymur Məmmədov: Bu yaxınlarda oğlum olacaq, qələbəmi ona həsr edirəm

Teymur Məmmədov: Bu yaxınlarda oğlum olacaq, qələbəmi ona həsr edirəm


25-06-2015, 21:02. Yazar: Xeberaz
Teymur Məmmədov: Bu yaxınlarda oğlum olacaq, qələbəmi ona həsr edirəm
“Fəxr edirəm ki, məni Prezident mükafatlandırdı”.

Azərbaycanlı boksçu, 81 kq çəkidə Avropa Oyunlarının qalibi olan Teymur Məmmədov, qələbədən sonra fikirləri ilə bölüşüb,
Xeberaz.az Sportbox.az-a istinadən xəbər verir.

“Çox şadam ki, qələbə qazana bildim. Fəxr edirəm ki, məni Prezident mükafatlandırdı. Dəstəyə görə ona minnətdarlığımı bildirirəm.

Mən dayanmayacam. Məqsəd qoymuşam ki, Olimpiadada iştirak edim. Dünya çempionatında lisenziya qazanmalıyam

İnşallah, bu yaxınlarda oğlum olacaq. Mən bu qələbəni ona həsr edirəm. Yarımfinalda Rusiya idmançısına qalib gələndən sonra başa düşdüm ki, məni saxlamaq mümkün deyil, çempion olmalı idim”.
Geri dön