Ana Sayfa > M / Karusel / Hadisə / M2 / Xəbəraz TV / Fotogalereya > İyunun 23-də itkin düşmüş hərbçilərin meyiti tapılıb.

İyunun 23-də itkin düşmüş hərbçilərin meyiti tapılıb.


25-06-2015, 17:07. Yazar: Xeberaz
İyunun 23-də itkin düşmüş hərbçilərin meyiti tapılıb.
Hərbçilərin axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.


Xeberaz.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

İyunun 25-də hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib.

Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Geri dön