Ana Sayfa > M / Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV > Şəhid ailələri və əlillərə şad xəbər (VİDEO)

Şəhid ailələri və əlillərə şad xəbər (VİDEO)


25-06-2015, 17:03. Yazar: Xeberaz
Şəhid ailələri və əlillərə şad xəbər (VİDEO)
İlin sonuna qədər bu ailələrə yeni mənzilləri təqdim ediləcək.
Xeberaz.az xəbər verir ki, İlin sonuna qədər şəhid ailələri və əlillərə 1000-ə yaxın mənzil veriləcək. ANS TV-nin məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafəsi naziri Səlim Müslümov məlumat verib. Nazir digər bölgələrdə tikilən mənzillərin sayını da açıqlayıb və ilin sonunadək bütün evlərin sahiblərinə veriləcəyini deyib.

Hazırda respublikanın demək olar ki, bütün bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün 379 fərdi ev tikilir. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində hündürmərtəbəli binalarda mənzillər alınaraq bu qrupa daxil olan insanlara veriləcək.

Nazir bildirib ki, İmişli və Beyləqan şəhərlərində 2 ədəd 54 mənzilli binalar, Şamaxı şəhərində isə 4 mərtəbəli 36 mənzilli bina tikilir.

Bundan əlavə ailələr üçün Bakının Nizami rayonunda 96 mənzilli 12 mərtəbəli bina da tikintisini davam etdirir. Bu mənzillər ilin sonuna kimi şəhid ailələri və müharibə əllillərinə veriləcək.


Geri dön