Ana Sayfa > M / Karusel / M2 > Azərbaycanda hərbi hissələr xüsusi rejimə keçd

Azərbaycanda hərbi hissələr xüsusi rejimə keçd


25-06-2015, 14:17. Yazar: Xeberaz
Azərbaycanda hərbi hissələr xüsusi rejimə keçd
Müdafiə Nazirliyi məlumat yaydı.

Ölkədə havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.

Xeberaz.az xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyətin istilik və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri müəyyən olunmuş saatlarda keçirilir.

Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir, açıq səma altında görülən xidməti işlərə cəlb olunmur.

Eyni zamanda hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.

Geri dön