Ana Sayfa > M / Karusel / Siyasət / Maraqlı / M2 / Foto-fakt > Ərdoğanın pencəyi Ermənistanı qarışdırdı (FOTO)

Ərdoğanın pencəyi Ermənistanı qarışdırdı (FOTO)


25-06-2015, 00:07. Yazar: Xeberaz
Ərdoğanın pencəyi Ermənistanı qarışdırdı (FOTO)
Qubernatot Türkiyə prezidenti ilə bağlı verilən suala əsəbiləşib
Ermənistanın Syunik vilayətinin qubernatoru Surik Xaçatryanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın pencəyinə oxşar pencək geyinməsi ölkədə böyük müzakirələrə səbəb olub.

Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, qubernatotun geyiminin Ərdoğanın geyim tərzinə bənzəməsi çoxlarının xoşuna gəlməyib.

Ölkə mətbuatı Xaçatryanın geyiminə diqqət çəkərək yazır ki, qubernatorun pencəyi Türkiyə istehsalı ola bilər. Qubernator jurnalistlərdən birinin "Siz Ərdoğanın
pencəyinin oxşarını geyinmisiniz, xəbəriniz var" sualına sərt reaksiya verərək əsəbiləşib.



Geri dön