Ana Sayfa > M / Karusel / Siyasət / M2 / Xəbəraz TV / Araşdırma > ABŞ-la Fransa arasında gərginlik artır (VİDEO)

ABŞ-la Fransa arasında gərginlik artır (VİDEO)


24-06-2015, 22:40. Yazar: Xeberaz
ABŞ-la Fransa arasında gərginlik artır (VİDEO)
Fransanın 3 prezidentinin dinlənilməsi rəsmi Parisi ayağa qaldırıb
Dövlət başçılarının telefon danışıqlarının Birləşmiş Ştatlarda dinlənilməsilə bağlı daha bir qalmaqal yaşanıb. Bu dəfə Fransanın 3 prezidentinin dinlənilməsi rəsmi Parisi ayağa qaldırıb. Bu ittiham yeni olmasa da, ABŞ bütün ittihamları təkzib edir.

ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Agentliyinin 2006-2012-ci illər arasında Fransanın son 3 prezidenti - Jak Şirak, Nikola Sarkozi və Fransua Ollandı dinlədiyinə dair növbəti qalmaqallı məlumat yayılıb.

“WikiLeaks” saytının “Yelisey casusluğu” adlı hesabatında prezidentlərlə yanaşı Yelisey əməkdaşlarının, Fransanın digər yüksək çinli məmurlarının, diplomatlarının və bəzi nazirlərinin telefon danışıqlarına qulaq asıldığı qeyd edilib.

Saytın iddiasına görə, ABŞ-ın Parisdəki səfirliyində xüsusi dinləmə mərkəzi yaradılıb.

“WikiLeaks” in ələ keçirdiyi hesabatda deyilir ki, əsasən Yunanıstan böhranı, AB liderlərilə danışıqlar, Fransa - Almaniya münasibətləri, Fələstin mövzusu və ABŞ-la Fransa arasında daha əvvəl də gündəmə gələn casusluk hadisələri dinlənilib.

Hesabatı yayan Culian Assanj bildirib ki, “Fransa xalqının müttəfiqi tərəfindən dinlənildiyini bilməyə haqqı var.

Məsələ ilə bağlı Fransa prezidenti Fransua Olland hökumətin fövqəladə iclasını keçirib. İclasdan sonra Fransa prezidenti mətbuata yazılı bəyanatında deyilir ki, bu dinləmələr qəbuledilməz bir addımdır.

Fransa öz təhlükəsizliyinin və milli maraqlarını zərər verən istənilən addım qarşısında dözümlük sərgiləməyəcək.

Fransa Xarici İşlər Nazirliyi məsələ ilə bağlı izahat vermək üçün ABŞ-ın səfirliyini çağırıb.

Ağ Ev yaydığı bəyanatda isə ABŞ xüsusi xidmət orqanalarının dünya liderlərinin telefon danışıqlarının dinləməsinə dair məlumatları inkar edib.

Vaşinqton heç vaxt prezident Ollandın rabitə vasitələrinə nəzarət etməyib, bundan sonra da etməyəcəyi bildirilib.

Bundan əvvəl də ABŞ-ın 35 ölkə başçısının telefon danışıqlarını dinləməsilə bağlı məlmatlar yayılmışdı.


Geri dön