Ana Sayfa > M / Karusel / İqtisadiyyat / M2 > Mərkəzi Bank kapital çatışmazlığını belə həll edəcək
Mərkəzi Bank kapital çatışmazlığını belə həll edəcək24-06-2015, 22:24. Yazar: Xeberaz |
Prezident İlham Əliyev sərəncam imzalayıb Xeberaz.az Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1282-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, qanunun 12.2-ci maddəsi aşağıdakı redaksiyada verilir: “12.2. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür”. Həmçinin, aşağıdakı məzmunda 13.2-ci maddə əlavə edilir: “13.2. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur”. Bundan başqa, 14.2-ci maddə aşağıdakı redaksiyada verilir: “14.2. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir”. Geri dön |