Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycan xüsusi təyinatlıları Gürcüstanda, "Qafqaz qartalı" təlimlərində - VİDEO

Azərbaycan xüsusi təyinatlıları Gürcüstanda, "Qafqaz qartalı" təlimlərində - VİDEO


9-06-2017, 16:41. Yazar: Xeberaz
 

Gürcüstanda Azərbaycan və Türkiyənin də iştirakı ilə üç ölkənin xüsusi təyinatlı qüvvələrinin birgə "Qafqaz qartalı" təlimləri başa çatıb.
Xəbəraz.az virtualaz.org-a istinadən xəbər verir ki, təlimlər zamanı üç ölkənin xüsusi təyinatlıları düşmənin nəzarətində olan binanın damına desant endirilməsini və binanın ələ keçirilməsini məşq ediblər. Tiflis yaxınlığındakı Vaziani poliqonunda keçirilən təlimlərin ssenarisinə görə xüsusi təyinatlı bölmələr habelə şərti hərbi obyektləri zərərsizləşdiriblər, taktiki, mühəndis, atəş və digər xüsusi vəzifələri yerinə yetiriblər. Hərbçilər habelə tibbi hazırlıq vərdişlərini və yaşayış məntəqəsində döyüş təcrübəsini də mənimsəyiblər. Üç ölkənin iştirakı ilə "Qafqaz qartalı" təlimləri üçüncü dəfə keçirilir. Bundan əvvəl təlimlər Türkiyədə keçirilmişdi. Təlimlərdə məqsəd üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında təcrübə mübadiləsi, döyüş təcrübəsinin təkmilləşdirilməsidir.


Geri dön