Ana Sayfa > M / Karusel / Təhsil / M2 > Gələn il dərslər iyunun 14-də başa çatacaq

Gələn il dərslər iyunun 14-də başa çatacaq


24-06-2015, 19:50. Yazar: Xeberaz
Gələn il dərslər iyunun 14-də başa çatacaq
Tətil günlərinin vaxtı məlum olub.

Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrlə 2015-2016-cı tədris ilində orta ümumtəhsil məktəblərində tətil günlərinin vaxtı məlum olub.

Xeberaz.az -ın xəbər verir ki ,, Azərbaycanın ümumi təhsil məktəblərində dərs məşğələləri bu il sentyabrın 15-i başlayıb, gələn il iyunun 14-də başa çatır.

Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar.

İkinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
Geri dön