Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt / Qarabağdan xəbər var > Ermənilərin Ağdamda törətdiyi yanğın təmas xəttini keçdi - FOTO

Ermənilərin Ağdamda törətdiyi yanğın təmas xəttini keçdi - FOTO


8-06-2017, 11:05. Yazar: Xeberaz




Ermənistan silahlı qüvvələrinin dünən Ağdamın işğal altında olan Baş Qərvənd kəndində törətdiyi yanğın təmas xəttini keçərək rayonun Çıraqlı kəndinin ərazisinə çatıb.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, alovun kəndə yayılmasının qarşısı alınsa da, kəndin ətrafında və təmas xəttində olan otlaq sahələri və ağaclar yanıb.
Kənd sakinlərinin bildirdiyinə görə, tüstü qatı və kül təbəqəsi kəndi və əkin sahələrini bürüyüb. Yanğın zamanı yırtıcı heyvanların və ilanların yaşayış məntəqələrinə yayılması müşahidə olunub. Yanğın gecə boyu davam edib.











Geri dön