Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Foto-fakt > Sekuta Atletlər Kəndində - FOTO

Sekuta Atletlər Kəndində - FOTO


24-06-2015, 17:49. Yazar: Xeberaz
Sekuta Atletlər Kəndində - FOTO
Səfir idmançılarla görüşdü.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu gün Atletlər Kəndinə baş çəkib.

Xeberaz.az səfirliyin məlumatına istinadla xəbər verir ki, səfir birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəsmiləri və bir neçə dövlətin idmançıları ilə görüşüb.

Robert Sekuta Avropa Oyunlarına bənzər beynəlxalq idman tədbirlərinin müxtəlif dövlətləri və mədəniyyətləri təmsil edən insanlarin bir araya gətirilməsində oynadığı rolu barədə danışıb.

O qeyd edib ki, oyunun qaydalarına riayət etmək, idmançıların və komandaların uğuruna sevinmək, yarış bitəndən sonra rəqiblərin bir-birinin əlini sıxması kimi hərəkətlər idman yarışlarının və Olimpiya hərəkatının əsas aspektləridir və biz hamımız bunları öyrənib digər fəaliyyətlərimizdə tətbiq edə bilərik.

O, idmançıları göstərdikləri çıxışları münasibətilə təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.











Geri dön