Ana Sayfa > M / Karusel / İdman / M2 / Foto-fakt > Məhəmmədrəsul Məcidov üçün Avropa Oyunlarında turnir bitdi - FOTO

Məhəmmədrəsul Məcidov üçün Avropa Oyunlarında turnir bitdi - FOTO


24-06-2015, 17:45. Yazar: Xeberaz
Məhəmmədrəsul Məcidov üçün Avropa Oyunlarında turnir bitdi - FOTO
“Bu, çox pis haldır”.

Superağır çəki (+91 kq) dərəcəsində yarışan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov zədə aldığı üçün Bakı-2015 Avropa Oyunlarının boks turnirini vaxtından əvvəl başa vurub.

Xeberaz.az xəbər verir ki, bu barədə Trend Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinə istinadən məlumat verir.

M.Məcidov iyunun 25-də yarımfinalda Rusiya təmsilçisi Həsən Qimbətov ilə yarışmalı idi. Onun indi finalda çox asan qələbə qazanmaq şansı var.

Məşqçi Nəriman Abdullayev deyib: “Məcidov çox ciddi zədə alıb. Bu, çox pis haldır. Bu turnirdə onun işi başa çatdı”.

Qeyd edək ki, azərbaycanlı idmançı 1/4 finalda türkiyəli Əli Demirezenə qalib gəlib, lakin başından zədə alıb. Komandanın həkimi müayinə zamanı onun yarışlara davam etməsinin təhlükəli olduğunu deyib.



Geri dön