Ana Sayfa > M / Karusel / Gündəm / İdman > Çempionlar Liqasında 1 milyardlıq FİNAL

Çempionlar Liqasında 1 milyardlıq FİNAL


3-06-2017, 16:46. Yazar: Xeberaz

Bu gün Çempionlar Liqasında (ÇL) 2016/2017 mövsümünə yekun vurulacaq.
Qitənin ən güclüsünü müəyyənləşdirmək üçün İtaliya "Yuventus"u ilə İspaniya "Real"ı  üz-üzə gələcək.
"Transfermarket" finalda toplam dəyəri 1 milyard 212 milyon olan komandaların qarşılaşdığını yazıb. Madrid "Real"ının qiyməti 764 milyon 800 mindirsə, "Yuventus"da bu məbləğ 447 milyon 200 min avrodur. Ronaldo 100, Hiquain isə 74 milyon avro ilə meydana çıxacaq ən bahalı futbolçular olacaq.
Xatırladaq ki, Kardiffin "Millenium" stadionunda keçirilən "Yuventus" - "Real" finalı saat 22:45-də başlayacaq.
Geri dön