Ana Sayfa > M / Karusel / İqtisadiyyat / M2 > SOCAR “Petkim”dəki hissəni yenidən satışa çıxarır

SOCAR “Petkim”dəki hissəni yenidən satışa çıxarır


24-06-2015, 15:17. Yazar: Xeberaz
SOCAR “Petkim”dəki hissəni yenidən satışa çıxarır


“SOCAR Türkiyə” bu ayın əvvəlində satışını ləğv etdiyi “Petkim” neft kimya kompleksinin birjada sərbəst dövriyyədə olan hissəsinin 1,6%-ni yenidən satışa çıxarır

Xeberaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “SOCAR Türkiyə”nin İctimaiyyəti Məlumatlandırma Platformasında yaydığı açıqlamada bildirilir ki, hissələrin bir qismini satmaq üçün iyunun 25-i və yaxud sonrakı günlər ərzində İstanbul Birjasına müraciət ediləcək.

Qeyd edək ki, Petkim Türkiyənin ilk neft-kimya müəssisəsidir və 1965-ci ildə yaradılıb.

30 may 2008-ci il tarixində keçirilmiş hərracda “Petkim Petrokimya Holdinq”A.Ş.-nin səhmlərinin 51%-i 2 milyard 40 milyon dollara “SOCAR&Turcas Enerji A.Ş.” tərəfindən satın alınıb.

30 mart 2012-ci ildə isə “Socar Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin 10,32 faizini özəlləşdirib.

Səhmlərin alınmasından sonra SOCAR-ın “Petkim”dəki payı 61,32 faizə çatıb.

Yerdə qalan 38,67 faiz səhm isə İstanbul Fond Birjasında sərbəst dövriyyədə yerləşdirilib.

Bu ilin fevralında fond birjasındakı sərbəst tədavüldə olan hissənin 3,4%-i satılıb.
Geri dön