Ana Sayfa > M / Karusel / İdman / M2 / Fotogalereya / Gənclərimiz > Daha iki boksçumuz yarımfinala çıxdı

Daha iki boksçumuz yarımfinala çıxdı


24-06-2015, 15:07. Yazar: Xeberaz
Daha iki boksçumuz yarımfinala çıxdı

Bakı-2015 ilk I Avropa Oyunlarında boks yarışları davam edir

Xeberaz.az xəbər verir ki, bu gün daha 8 çəki dərəcəsində (5 kişi, 3 qadın) görüşləri keçirilir ki, onlardan 3-də 1/4 final, 5-də yarımfinallar qarşılaşmaları olacaq.

Bu gün rinqə çıxan 60 kq çəki dərəcəsindəki qadın boksçumuz Yana Alekseyevnanın 1/4 finaldakı rəqibi rusiyalı idmançı Zinayda Dobrinina ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. Boksçumuz rəqibini 3:0 (40:36; 39:37; 39:37) hesabı ilə məğlub edib.

Alekseyevnanı 1/2 finalda rəqibi Olimpiya çempionu, dörd dəfə dünya və beş dəfə Avropa çempionatının qalibi Keti Teylor (İrlandiya) olacaq. Qarşılaşma iyunun 26-da saat 12:45-də olacaq.

Kişilərin mübarizəsində isə 75 kq çəki dərəcəsində Xaybula Musalov 1/4 finalda belaruslu Vitali Bandarenka ilə döyüşüb. Boksçumuz özündən 5 yaş böyük olan rəqibini məğlub edərək yarımfinala yüksəlib.

Qeyd edək ki, buna qədər iyunun 22-də və 23-də Azərbaycan millisinin 9 boksçusu yarımfinala vəsiqə qazanıb.

Beləliklə boks yarışlarında Azərbaycanın aktivinə daha 11 medal gələcək. Belə ki, hətta yarımfinalda məğlub olacaqları halda boksçular bürünc medal qazanacaqlar.

Geri dön