Ana Sayfa > M / Karusel / Hadisə / M2 > Dünən Bakıda baş verən qəzada xarici vətəndaş dünyasını dəyişib

Dünən Bakıda baş verən qəzada xarici vətəndaş dünyasını dəyişib


24-06-2015, 15:04. Yazar: Xeberaz
Dünən Bakıda baş verən qəzada xarici vətəndaş dünyasını dəyişib
Şirkət məlumat yaydı.

İyunun 23-də Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında “FiveCurrents” şirkətinin yaradıcı heyətinin bir üzvü dünyasını dəyişib.


Qeyd olunub ki, komandanın həmin üzvü Bakı 2015 Mərasimlərin təşkili şirkəti olan “FiveCurrents”də müqavilə əsasında çalışan Britaniya vətəndaşıdır.

“Baş vermiş qəzadan dərhal sonra komandanın digər üç üzvünə də xəstəxanada yardım göstərildi. Daha sonra tibbi müayinə ala bilmələri üçün onlar öz vətənlərinə göndəriləcəklər.

Biz xəsarət alanlara tibbi yardımın və konsulluq xidmətlərinin göstərilməsində böyük köməyi olan Bakı 2015 Təşkilat Komitəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Böyük Britaniyanın Bakıdakı Səfirliyinə öz minnətdarlığımızı bildiririk”, - deyə, şirkətdən bildiriblər.
Geri dön